Главная > Ölkə > Əli İnsanov yenidən məhkəmə qarşısına çıxacaq

Əli İnsanov yenidən məhkəmə qarşısına çıxacaq


15-01-2018, 19:35.

                               Əli İnsanov yenidən məhkəmə qarşısına çıxacaq

 

Sabah Fərhad Kərimovun sədrliyi ilə Ali Məhkəmə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxacaq.

Virtualaz.org xatırladır ki, 2017-ci ilin aprel ayının 27-də Qaradağ Rayon Məhkəməsində Əli İnsanov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Keçmiş nazir psixotrop və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində müqəssir hesab edilmişdi.

Məhkəmənin qərarı ilə Ə.İnsanov 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 


Вернуться назад