Главная > Cəmiyyət > Aynur Camalqızı Kəramətdən və Xəlil Rzadan yazdı
Aynur Camalqızı Kəramətdən və Xəlil Rzadan yazdı15-01-2018, 18:49. |
"Xəlil Rzanı söyən mənim atamı söyür” "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal son günlər
müzakirə olunan bir mövzuya münasibət bildirib. Musavat.com A. Camalın Facebook
səhifəsində yayımlanan həmin münasibət yazısını təqdim edir: Nəhayət, Xəlil Rza haqqında... Xəlil Rza bu xalqın və bu dövlətin dəyərlərindən biridir. Mən hələ uşaq idim. Atam danışırdı ki, Pedaqoji İnstitutda təhsil alarkən Xəlil Rza adlı müəllimləri varmış. Auditoriyada rusca danışan tələbələri cərimə edər, dərsdən çıxararmış. Sovetin asıb-kəsən vaxtından, Milli azadlıq hərəkatının hələ işartıları olmayan illərdən danışıram mən. Bizim evimizdə Xəlil Rza atamın danışdığı ən sevimli mövzulardan biri idi və mən ağlım kəsəndən o böyük şəxsiyyəti, yumruq boyda ürəyində Azərbaycanın azadlıq arzularını daşıyan o böyük insanı sevmişəm. Millətçiliyini, azərbaycançılığını, türkçülüyünü, insanpərvərliyini, ruhunu, qəlbini, işığını... sevərək böyümüşəm. Ona layiq olmadığı bir söz deyən hesab edirəm ki, mənim inanclarımı, sevdiklərimi, dəyərlərimi, atamı söyür. O kişinin böyüklüyü ondadır ki, övladını müharibədən, hətta atəşkəs dövründə hərbi xidmətdən gizlədənlərdən fərqli olaraq, oğlunu - ciyərparasını Qarabağa göndərdi və oğlu Təbriz Qarabağ savaşında şəhid oldu. Şəhidin atasında səhv axtarmazlar, Kəramət! Şəhidin atasının əllərini, ayaqlarını, uyuduğu torpağı öpərlər... Allah Atam Xəlil Rzaya da, şəhid qardaşım Təbrizə də qəni-qəni rəhmət eləsin! Onların arzuları, xəyalları çin olsun!!!”
musavat.com
Вернуться назад |