Главная > Cəmiyyət > Kəramət Böyükçöl "Facebook"dan getdi

Kəramət Böyükçöl "Facebook"dan getdi


15-01-2018, 17:31.

                    Kəramət Böyükçöl "Facebook"dan getdi

 

Status yazaraq Azərbaycanın mübariz xalq şairi Xəlil Rza Ulutürkü təhqir edən gənc yazar Kəramət Böyükçöl "Facebook"dakı səhifəsini bağlayıb.

Bu barədə musavat.com - a məlumat verən K. Böyükçöl bildirib ki, səhifəsini bağlamasının əsas səbəbi insanların onu durmadan təhqir etməsidir:

"Bağladım ki, baş-qulağım dincəlsin. Hələ bir müddət səhifəni aktivləşdirmək fikrim yoxdur. Doğrusu, statusumun bu cür reaksiyalara səbəb olacağını gözləmirdim".

Qeyd edək ki, sadə vətəndaşlarla bərabər bir sıra ictimai şəxslər də K. Böyükçölün Xəlil Rza Ulutürk haqqında təhqiramiz fikirlərinə qarşı çıxıb, onun yanlış addım atdığını söyləyiblər.

 

WhatsApp Image 2018-01-15 at 19.35.57.jpeg (94 KB)

Вернуться назад