Главная > Müsahibə > Mirmehdi Ağaoğlunun “Alman malı” hekayələr kitabının imza günü keçiriləcək

Mirmehdi Ağaoğlunun “Alman malı” hekayələr kitabının imza günü keçiriləcək


28-01-2016, 12:13.
 
Uluyol.info Manera.az-a istinadən  xəbər verir ki, imza mərasimi yanvarın 30-u saat 15:00-da Kitabevim.az kitab mağazasında baş tutacaq. 

"ATV Kitab" seriyasından "Parlaq imzalar” nəşriyyatında çap olunan kitaba müəllifin müxtəlif illərdə yazdığı hekayələr daxil edilib. "Alman malı" hekayələr toplusu Azərbaycan cəmiyyəti və insanının günümüz üçün aktual olan problemlərinə, şəxsiyyət kimi formalaşmasında maneələr yaradan faktorlara ironik yanaşması ilə səciyyələnir və bu mənada oxucular üçün maraqlı olacaq. 

Qeyd edək ki, kitabda yer alan hekayələr əsasən son zamanlarda baş verən hadisələrlə bağlı olub, gündəmdəki, məişət həyatımızdakı, ailədaxili münasibətlərimizdəki çatışmazlıqları gerçəkliyiylə göstərir.

"Alman malı” müəllifin sayca dördüncü kitabıdır.
Вернуться назад