Главная > Baş Xəbər > Hindistanda 40 şagirdi aparan qayıq çevrilib

Hindistanda 40 şagirdi aparan qayıq çevrilib


13-01-2018, 18:34.

               Hindistanda 40 şagirdi aparan qayıq çevrilib 

 

Hindistanın qərb sahilləri yaxınlığında şagirdləri daşıyan qayığın qəzaya uğraması nəticəsində azı 4 uşaq həlak olub.

AZƏRTAC xəbər verir ki, Hindistanın ANI agentliyinin yaydığı məlumata görə, insident yanvarın 13-də səhər saatlarında ölkənin qərbində yerləşən Maharaştra ştatının Dahanu şəhəri sahillərində qeydə alınıb. Qəza zamanı qayıqda 40 məktəbli olub. Onlardan 25-i xilas edilib.

Hazırda hadisənin baş verdiyi ərazidə axtariş-xilasetmə əməliyyatı aparılır.

 


Вернуться назад