Главная > Dünya > Astana aeroportu müvəqqəti bağlanıb
Astana aeroportu müvəqqəti bağlanıb11-01-2018, 12:21. |
Astana (Qazaxıstan) aeroportu bu gün səhər qeyri-sabit hava şəraiti ilə əlaqədar bağlanıb. "Report” bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir. "Astana şəhərindəki Nursultan Nazarbayev beynəlxalq hava limanı qeyri-sabit hava şəraiti səbəbindən uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə yerli vaxtla saat 13:00-dək bağlanıb. Sərnişinlərə aviaşirkətlər vasitəsilə uçuşlar haqqında məlumatları dəqiqləşdirmələri məsləhət olunur”, - xəbərdə qeyd olunub Astanada səhərdən güclü küləklə müşayiət olunan qar yağır, yollarda görmə məhdudiyyəti müşahidə olunur. Məktəblərdə birinci növbədə olan I-XI siniflərin dəsrləri təxirə salınıb. Qeyd edək ki, bu gün saat 22:50-də "Air Astana” aviaşirkətinin Astana-Bakı marşrutu üzrə reys həyata keçirəcək təyyarəsi saat 23:50-də əks istiqamətdə yola düşəcək və bu reyslərlə bağlı hələlik heç bir xəbərdarlıq yoxdur.
Вернуться назад |