Главная > Cəmiyyət > Borçalı Cəmiyyəti Dədə Camalı andı və "İnsan" kitabı təqdim edildi

Borçalı Cəmiyyəti Dədə Camalı andı və "İnsan" kitabı təqdim edildi


10-01-2018, 21:22.

              Borçalı Cəmiyyəti Dədə Camalı andı və "İnsan" kitabı təqdim edildi

 

Yanvarın 10-da Borçalı Cəmiyyətinin ofisində görkəmli filosof, son günlər dünyasını dəyişən Camal Mustafayevin ( Dədə Camal) xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

 

Mərasimi giriş sözü ilə tanınmış folklorşünas alim Elxan Məmmədli açaraq Camal Mustafayev şəxsiyyəti haqda öz təəsüratlarımı bölüşdükdən sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verib. Z.Məmmədli öz çıxışına müəllifi olduğu və Dədə Camal zirvasını təcəssüm etdirən "İnsan" kitabının təqdimatı ilə başlayaraq kitabda filosofun düşüncəlırijin əks edildiyini diqqətə çatdırıb. Çıxışında elmlə ruhaniyyətin bir yerdə birləşdirə bilən Camal Mustafayev şəxsiyyəti haqda öz xatirələrini bölüşən Z.Məmmədli yeni çap olunan kitabda da Dədə Camalla olan söhbətlərin yer aldığını bildirib.

 

Mərasimda Dədə Camalın xatirəsini əbədiləşdirmək üçün Borçalı Cəmiyyəti tərəfindən "Qələm və Kəlam" mükafatının təsis edilməsi haqda da Borçalı Cəmiyyəti rəhbərliyinin təklifi yüksək razılıqla qarşılanıb.

 

Mərasimdə iştirak edənlərdən professor Telman Əliyev, şair mədəd Coşğun, Borçalı əsilli ziyalılar Akif Acalov, Dünyamalı İbrahimov, Elbəyi Cəlaloğlu, Valeh Məmmədli, Qəzənfər Məsimoğlu, Şair publisist Qivi Pasxataşvili, Borçalı Cəmiyyəti İH üzvü, şair publisist Qiymət Məhərrəmli, Aşıq Pəri məclisinjn sədri Pərvanə Zəngəzurlu, şairlər Güllü Tomarlı, Təranə Sübhəm, eləcə də Laçın Cəfərova, Rza Səfərsoy, Mustafa Vəliyev, Dədə Camal haqda öz düşüncələrini paylaşaraq Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin imzası ilə işıq üzü görən "İnsan " kitabının çap edilməsini yüksək dəyərləndiriblər. Mərasimdə iştirak edən Dədə Camalın qardaşı oğlu Vaqif Mustafayev çıxış edərək Borçalı Cəmiyyətinə və bütün iştirakçılara öz təşəkkürünü bildirdi.

 

Mərasim mərhumun xatirəsinə xoş xatirələrin söylənilməsi və ehsan süfrəsi ilə davam edib.

 


Вернуться назад