Главная > GÜNDƏM > 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi

2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi


10-01-2018, 18:55.

                           2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi

 

Ölkə başçısı İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Oxu.Az-ın məlumatına görə, o, bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı Təşkilat Komitəsi yaradıb.

Müsavat Partiyasının başqanı Arif Hacılının sədrliyi ilə yaradılan Təşkilat Komitəsinin məqsədi müsəlman şərqində ilk parlamentli Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin layiqincə qeyd edilməsi üçün tədbirlər planını hazırlayıb həyata keçirməkdir.//bastainfo.com

 


Вернуться назад