Главная > GÜNDƏM > Müsavat Partiyası İTV-dən efir vaxtı istədi

Müsavat Partiyası İTV-dən efir vaxtı istədi


10-01-2018, 18:38.

                           Müsavat Partiyası İTV-dən efir vaxtı istədi

 

Müsavat Partiyası İctimai Televiziyada efir vaxtının ayrılması üçünİctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Cəmil Quliyevə rəsmi məktubla müraciət edib.

Bu haqda "Basta”ya Müsavatın mətbuat xidmətindən məlumat verilib.

Partiyanın başqanı Arif Hacılının imzası ilə göndərilən məktubda qeyd edilir ki, İTV siyasi partiyalara efir vaxtı ayırmağa borcludur.

"İctimai Televiziya və Radio Yayımı Haqqında Qanun”a əsasən ictimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin – bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaq və müstəqillik, plüralizm və dözümlülük prinsipləri əsasında fəaliyyət göstərməkdir. İctimai yayımçının əsas vəzifəsi ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi, hazırlanıb efirə verilən proqramlarda vətəndaşların öz fikirlərini bildirməsi üçün bərabər imkanlar yaradılmasıdır”, – məktubda bildirilir.

Yuxarıda göstərilənlərə və qanunvericiliyə əsaslanan Arif Hacılı İTV rəhbərliyindən Müavat Partiyası üçün həftədə bir dəfə 30 dəqiqəlik efir vaxtının ayrılmasını istəyib.

 


 


Вернуться назад