Heydər Əliyev adına liseydə direktor Sevinc Orucovadan ŞİKAYƏT - VİDEO
9-01-2018, 18:00.
Heydər Əliyev adına liseydə direktor Sevinc OrucovadanŞİKAYƏT - VİDEO
Heydər Əliyev adına liseyin ingilis dili fənnini tədris
edən Sevinc Məhərrəmovanın hüquqları lisey rəhbərliyi tərəfindən hüquqları kobud
surətdə pozulmaqdadır.
S. Məhrrəmova hüquqlarının pozulmasının müəllim həmkarı Natəvan Daşdəmirovanın
işdən çıxarılması ilə bağlı tərtib edilən akta imza atmaması ilə bağlıdır.
S. Məhərrəmova deyib ki, N. Daşdəmirovanın işdən çıxmasına imza atmadıqdan sonra
məktəb rəhbərliyi, şəxsən lisey direktoru Sevinc Orucova tərəfindən hüquqları
pozulmağa başlayıb. "İlk olaraq dərs saatım 6 saat, daha sonra isə 4 saat
azaldıldı. Əgər əvvəl 300 manat alırdımsa, indi dərs saatlarının azaldılması nəticəsində
95 manat alıram. Səbəbini soruşduqda isə bunu N. Daşdəmirovanı müdafiə etməyimlə
bağlı olduğunu bildirdilər”- deyə, S. Məhərrmova bildirib.
(Gununsesi.info)