Главная > Mövqe > Nazirlik yükdaşıyanları boğaza yığıb - ŞİKAYƏT
Nazirlik yükdaşıyanları boğaza yığıb - ŞİKAYƏT27-01-2016, 22:40. |
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı - Nijniy Novqorod xətti üzrə sərnişindaşıma ilə məşğul olan bir qrup sahibkar haqsızlıqla üzləşdiyini bildirir. APA-nın məlumatına görə, sahibkarlardan biri Bəxtiyar Bilalov bildirib ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti onların fəaliyyətinə mane olur və onlardan əsassız haqq tələb edən "AN" şirkətinin tabeliyində fəaliyyət göstərmələrini tələb edir: "Biz 15 ildən artıqdır ki, fəaliyyət göstəririk. "Metropol Trans" şirkətini təsis etmişik. Lakin burada proseslərə nəzarət edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində çalışan Vidadi Qəhrəmanov və daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyev bizdən, yəni "Metropol Trans" şirkətindən tələb edirlər ki, Bakı - Nijniy Novqorod beynəlxalq sərnişindaşıma üçün heç kimin tanımadığı, bazarda reputasiyası olmayan "AN" şirkəti ilə müqavilə bağlayaq və onun inhisarına keçək. Niyə belə olmalıdır? Niyə bizə birbaşa Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə müqavilə bağlamağa, şəffaf fəaliyyət göstərməyə imkan vermirlər?" Вернуться назад |