Главная > Baş Xəbər > İranda keçirilən etiraz aksiyaları zamanı 3700 nəfər saxlanılıb

İranda keçirilən etiraz aksiyaları zamanı 3700 nəfər saxlanılıb


9-01-2018, 16:33.

                       İranda keçirilən etiraz aksiyaları zamanı 3700 nəfər saxlanılıb

 

2017-ci ilin sonlarında İranın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalar zamanı təxminən 3700 nəfər saxlanılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri İran parlamentinin Təhsil məsələləri üzrə komitəsinin üzvü Mahmud Sadiqi ICANA agentliyinə açıqlamasında deyib. O bildirib ki, etirazçıların saxlanılması müxtəlif təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfində həyata keçirildiyindən onların dəqiq sayını demək mümkün deyil.

Qeyd edək ki, 2017-ci il dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda da etiraz aksiyası keçirilib. İran hakimiyyəti yanvarın 3-də etirazların başa çatdığını bəyan edib.

 


Вернуться назад