Главная > Dünya > Əsəd İsrailin cavabını verdi – Qırıcı məhv edildi

Əsəd İsrailin cavabını verdi – Qırıcı məhv edildi


9-01-2018, 14:21.

                    Əsəd İsrailin cavabını verdi –Qırıcı məhv edildi.

Suriya hava hücumundan müdafiə sistemlərinin İsrailə məxsus qırıcı təyyarəni vurub.

Axar.az xəbər verir ki, bu barədə rəsmi SANA agentliyi informasiya yayıb.

Məlumata görə, İsrail aviasiyası əvvəlcə Livan hava məkanından Suriya istiqamətində zərbələr endirib. Qırıcılardan birinin vurulmasından sonra isə Qolan yüksəklikləri istiqamətində atılan raketlər Dəməşqin hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edilib.

Qeyd edək ki, İsrail aviasiyasının Dəməşq yaxınlığındakı silah anbarını vurduğu bildirilmişdi.

 


Вернуться назад