Главная > Baş Xəbər > Türkiyədə PKK-nın böyük cəbbəxanası ələ keçirilib

Türkiyədə PKK-nın böyük cəbbəxanası ələ keçirilib


9-01-2018, 13:22.

             Türkiyədə PKK-nın böyük cəbbəxanası ələ keçirilib

 

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Haqqari bölgəsində PKK terrorçu təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirib.

AZƏRTAC xəbər verir ki, PKK terror təşkilatına məxsus içərisində çoxlu sayda silah və sursat, terror məqsədi ilə istifadə olunan zəruri ləvazimatların olduğu böyük anbarlar ələ keçirilib. Bundan başqa, Adana şəhərində terror hazırlığı görən 8 PKK tərəfdarı həbs olunub. Ölkənin Diyarbəkir bölgəsində isə bir sıra dağ kəndində komendant saatı tətbiq olunub.

Yanvarın 8-də PKK tərəfdarlarının Şırnaqda quraşdırdığı əl qumbarasının zərərsizləşdirilməsi zamanı bir hərbçi yaralanıb. Bu bölgədə də təhlükəsizlik tədbirləri gücləndirilib.

 


Вернуться назад