Главная > Siyasət > Almaniyada dörd dövlətin xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək

Almaniyada dörd dövlətin xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək


9-01-2018, 13:55.

Almaniyada dörd dövlətin xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək

 

Yaxın vaxtlarda AFR-də Tehranın nüvə proqramına dair gələcək müqaviləni müzakirə etmək məqsədilə İranın və üç Avropa dövlətinin - Fransa, Almaniya, Böyük Britaniyanın xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu barədə İSNA agentliyinə müsahibə verib. Nazir deyib: "Biz Avropa üçlüyü ölkələrinin XİN rəhbərləri ilə atom sazişinə dair məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlmişik”.

İran atom sazişi çərçivəsində yaxın gələcəkdə nüvə silahı yaradılması ilə bağlı araşdırmalardan imtina etməyə razılıq verib. Bunun müqabilində İranın atom enerjisindən dinc məqsədlərlə istifadə dairəsini genişləndirməsinə icazə verilib. Müqavilənin yerinə yetirilməsinə nəzarət Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən həyata keçirilir.

 


Вернуться назад