Главная > Kriminal > “Atena” süd məhsulları kombinatının sahibi barəsində cinayət işi başlanıb

“Atena” süd məhsulları kombinatının sahibi barəsində cinayət işi başlanıb


9-01-2018, 11:34.

            "Atena” süd məhsulları kombinatının sahibi barəsində cinayət işi başlanıb

 

Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.

"Report”un məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, "Atena” süd məhsulları kombinatının təsisçisi və "Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.

 


Вернуться назад