Главная > Aktual > Seneqalda üsyançılar 13 gənci qətlə yetirib, 6 nəfəri yaralayıb

Seneqalda üsyançılar 13 gənci qətlə yetirib, 6 nəfəri yaralayıb


7-01-2018, 11:50.

            Seneqalda üsyançılar 13 gənci qətlə yetirib, 6 nəfəri yaralayıb

 

Seneqalda separatçı üsyançılar 13 gənci qətlə yetirib.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Seneqal ordusunun nümayəndəsi Abdou Ndiaye bildirib.

Onun sözlərinə görə, qətlə yetirilən gənclər Ziquinçor şəhərinin yaxınlığındakı meşədə odun yığırmış. Üsyançıların hücumu zamanı həmçinin daha 6 nəfər xəsarət alıb.

Hücumu Qvineya Bisau ilə həmsərhəd bölgədə fəallıq göstərənKasamans Demokratik Qüvvələri Hərəkatına aid 15 separatçı həyata keçirib. Hazırda hərbçilər onları axtarır.

Seneqal hökuməti hücumdan bir gün əvvəl atəşkəsin əldə olunması üçün separatçı qruplaşmaya aid iki məhbusu buraxıb. Kasamans Demokratik Qüvvələri Hərəkatı Seneqaldan ayrılmaq üçün 1982-ci ildən mərkəzi hökumətə qarşısilahlı mübarizə aparır.

Uzun illər davam edən silahlı qarşıdurma hər iki tərəfdən minlərlə insanın həyatına son qoyub.

 


Вернуться назад