Главная > Kriminal > Dağıstanda kənd məscidinin imamı güllələnərək öldürülüb
Dağıstanda kənd məscidinin imamı güllələnərək öldürülüb7-01-2018, 08:00. |
Dağıstanın Xasavyurt rayonunun Mutsalul kənd məscidinin imam camaatı naməlum şəxslər tərəfindən güllələnib. "Report” xəbər verir ki, bu barədə bazar günü respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS məlumat yayıb. "Məscidin imamı öz evinin yanında qətlə yetirilib. İlkin məlumata görə, əvvəlcə naməlum şəxslərlə münaqişə olub, daha sonra onu güllələyiblər", - deyə həmsöhbət bildirib və imama "Makarov" tipli tapançadan 7 dəfə atəş açıldığını qeyd edib. Hadisə yanvarın 6-da Bakı vaxtı ilə təqribən 23:00-da baş verib.
Вернуться назад |