Главная > Mənəviyyat > Hərbi hissələrdə dini dəyərlərlə bağlı tədbirlər keçiriləcək

Hərbi hissələrdə dini dəyərlərlə bağlı tədbirlər keçiriləcək


6-01-2018, 23:33.

                      Hərbi hissələrdə dini dəyərlərlə bağlı tədbirlər keçiriləcək

 

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2018-ci il üçün birgə fəaliyyət planı imzalanıb. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

 

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.

 


Вернуться назад