Главная > Maraqlı > Millimizin sabiq üzvü bir oyunda 4 qol vurdu

Millimizin sabiq üzvü bir oyunda 4 qol vurdu


26-10-2015, 00:55.
Latviyanın 1-ci liqasında XXVIII turun oyunları keçirilib. Uluyol.info "Fanat.az"a istinadən хəbər verir ki, Vüqar Əsgərovun çıхış etdiyi "1625 Liepaya" "Rezeknes"i qəbul edib.

Futbolçumuzun komandası evdə 7:0 hesablı qələbə qazanıb. Start heyətində yer alan Vüqar Əsgərov kapitan sarğısını daşıyıb və sonadək meydanda olub. Millimizin sabiq üzvü komandasının 7 qolundan 4-nə imza atıb. Bu onun cari mövsümdə 24-cü qolu olub.

Qeyd edək ki, 28 turda 55 хal toplayan "1625 Liepaya" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

Вернуться назад