Главная > Dünya > Prezident Vengeri andiçməsinə dəvət etdi

Prezident Vengeri andiçməsinə dəvət etdi


5-01-2018, 19:19.

                      Prezident Vengeri andiçməsinə dəvət etdi

 

1995-ci ildə "Qızıl top”a sahib olmuş məşhur futbolçu, Liberiya Prezidenti Corc Vea Londonun "Arsenal” klubunun baş məşqçisi Arsen Vengeri inauqurasiya mərasiminə dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə "Mirror” informasiya yayıb.

"Vea məni öz inauqurasiyasına dəvət etdi. Onun həyatı filmə bənzəyir. Mən onu ilk dəfə "Monako”nun heyətində görəndə o heç kimi tanımırdı və özünü itkin hesab edirdi. Lakin sonradan dünyanın ən yaxşı futbolçusu, indi isə ölkəsinin prezidenti olmağı bacardı”, - Venger deyib.

Qeyd edək ki, Liberiyada keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş futbolçu ikinci turda böyük səs çoxluğu ilə qalib gəlib. C.Vea səslərin 61,5 faizini qazanaraq rəqibi vitse-prezident Jozef Boakaini üstələyib (38,5 faiz).

 


Вернуться назад