Главная > Ümumi > İŞİD HƏMAS-a müharibə elan etdi - Bombalayın!

İŞİD HƏMAS-a müharibə elan etdi - Bombalayın!


4-01-2018, 19:19.

                    İŞİD HƏMAS-a müharibə elan etdi- Bombalayın!

İŞİD-in Sinay yarımadasında fəaliyyət göstərən qolu HƏMAS qruplaşmasına müharibə elan edib.

 

İŞİD-çilərin yayımladığı videoda HƏMAS-la əməkdaşlıq etdiyi iddia edilən şəxs edam edilir.

 

Görüntülərdə həmçinin HƏMAS-ın "kafir Qərb”in yolu ilə getdiyi deyilir və Qəzza ətrafında olan İŞİD-çilərə HƏMAS-a qarşı hücuma keçmək əmr edilir:

 

"Onlara təslim olmayın. Tapançadan, bombadan istifadə edin. Məhkəmələrini, təhlükəsiz ərazilərini bombalayın”.

 

Qeyd edək ki, bir müddətdir HƏMAS qruplaşması Fələstin hakimiyyəti ilə əlaqələri gücləndirmək üçün Qəzzada İŞİD tərəfdarlarına qarşı əməliyyatda iştirak etmişdi.

 


Вернуться назад