Главная > Ümumi > Məscidi partlatdılar - 11 nəfər öldü

Məscidi partlatdılar - 11 nəfər öldü


3-01-2018, 20:51.

           Məscidi partlatdılar -11 nəfər öldü   

 

Nigeriyanın şimal-şərqində məsciddə törədilən partlayış nəticəsində 11 nəfər ölüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Borno ştatının Qamboru şəhərində qeydə alınıb.

 

Məlumata əsasən, məscidə daxil olan terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində məscidin tam dağıldığı bildirilir.

 

Hələ ki, hadisəyə görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib. Terrorun "Boko Haram” terrorçu qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.

 

Qeyd edək ki, "Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. Ötən il "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib

 


Вернуться назад