Главная > Siyasət > Arif Hacılı: “İranda baş verən dəyişikliklər Azərbaycana da təsir edəcək”

Arif Hacılı: “İranda baş verən dəyişikliklər Azərbaycana da təsir edəcək”


3-01-2018, 19:18.

Arif Hacılı: "İranda baş verən dəyişikliklər Azərbaycana da təsir edəcək”

 

İran bizim üçün nə İraq, nə Əfqanıstan, nə də Suriyadır. İranda baş verən dəyişikliklər Azərbaycana da təsir edəcək.

İranda 6 gün əvvəl iqtisadi problemlərə etiraz etmək üçün başlayan nümayişlərvüsət alır.Azərbaycanda da geniş müzakirələrə səbəb olan bu məsələyə Müsavat başqanı Arif Hacılı münasibət bildirib.

"İranda diktatura rejiminə qarşı müqavimət hərəkatı güclənir.

Baş verənlərin bütün dünyanın diqqət mərkəzində olması təbiidir. İranın dünya düzəninə, xüsusilə regionda gedən proseslərə təsir imkanları böyükdür.

Uzun sərhəddimiz, ciddi iqtisadi əlaqələrimiz, ortaq dinimiz, bəzi ortaq və çox ciddi toqquşan maraqlarımız olan bu ölkədə baş verənlərlərin Azərbaycan üçün əhəmiyyəti isə misilsizdir.

Dünya üzrə soydaşlarımızın əksəriyyətinin yaşadığı ölkədəki gəlişmələr, sonradan proseslərin hansı istiqaətə yönəlməsi, həm də milli təhlükəsizliyimiz baxımından çox mühümdür.

İran bizim üçün nə İraq, nə Əfqanıstan, nə də Suriyadır. İranda baş verən dəyişikliklər Azərbaycana da təsir edəcək.

İran isə hökmən dəyişəcək.

Bu hadisələrdən sonra İran fərqli bir dövlət olacaq.

Arzu edək və imkanlarımız çərçivəsində çalışaq ki, İran daha yaxşı: – demokratik, dünyəvi, insan haqlarına, beynəlxalq hüquqa hörmətlə yanaşan, milli ayrıseçkilik, şovinizm siyasətindən uzaq bir dövlət olsun.”

 

Yazı Arif Hacılının "Facebook” səhifəsindən götürülüb.

Bastainfo.com

 


Вернуться назад