Главная > GÜNDƏM > İranın müxtəlif şəhərlərində yürüşlər keçirilir

İranın müxtəlif şəhərlərində yürüşlər keçirilir


3-01-2018, 15:21.

                    İranın müxtəlif şəhərlərində yürüşlər keçirilir

 

İranın müxtəlif şəhərlərində son hadisələrə etiraz əlaməti olaraq yürüşlər keçirilir.

 

 

 

APA-nın Tehran bürosunun məlumatına görə, Əhvaz, Kirmanşah, Qum, Xorrəmabad, Abadan və digər şəhərlərdə keçirilən kütləvi aksiyalar "Vəhdət yürüşü" adlandırılıb. Aksiya iştirakçıları "Amerikaya ölüm", "Fitnə yaradanlara ölüm" və "İsrailə ölüm" şüarları səsləndiriblər, iğtişaşçıların cəzalandırılmasını tələb ediblər.

 

 

 

Yanvarın 2-də paytaxt Tehranda sakitlik hökm sürüb. Tehranda iğtişaşlar baş verən küçə və meydanlar polis nəzarətində olub.

 

 

 

"İribnews"in məlumatına görə, ötən gecə İsfahan əyalətindəki Ləncan şəhərində bəzi iğtişaşçılar şəhər meriyasının binasını atəşə tutub. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb

 


Вернуться назад