Главная > Ümumi > Etirazlar Təbrizə və Ərdəbilə keçdi

Etirazlar Təbrizə və Ərdəbilə keçdi


2-01-2018, 23:30.

                       Etirazlar Təbrizə və Ərdəbilə keçdi     

 

İran təhlükəsizlik qüvvələri Ərdəbil əyalətində etiraz aksiyaları zamanı 40 nəfəri saxlayıblar.

Virtualaz.org bildirir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Ərdəbil prokuroru Naser Atabati bildirib ki, saxlanılanların əksəriyyəti sorğudan sonra azad edilib, 15 nəfər isə hələ də həbsdədir.

Bundan əlavə, təsdiqlənməmiş məlumatlara əsasən, Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb. Lakin Təbriz millət vəkili Şahabodin Bimekdar məlumatı təkzib edib və bildirib ki, onun şəhərində etirazlar keçirilməyib.

Xatırladaq ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib.

 


Вернуться назад