Главная > Mədəniyyət > "Məni anım günümdə deyil, ad günümdə xatırlayın"

"Məni anım günümdə deyil, ad günümdə xatırlayın"


2-01-2018, 12:56.

                    "Məni anım günümdə deyil, ad günümdə xatırlayın"

 

Bu gün Türkiyənin məşhur rok, pop və müasir türk sənətçisi, televiziya aparıcısı Barış Mançonun doğum günüdür.

Kult.az xatırladır ki, o, 1943-cü ildə İstanbulda dünyaya gəlib, 1999-cu ildə elə orada vəfat edib. Türkiyədə rok musiqinin qabaqcıllarından sayılan sənətçinin, musiqiyə başlanğıcı Qalatasaray Liseyində olub.

Yazdığı vəsiyyətində ifaçı öldüyü gündə deyil, doğum günündə xatırlanmasını istəyib. Ali təhsilini Belçikada alan Manço 200-dən çox bəstənin müəllifidir. Bu mahnıların bir hissəsi sonralar ərəb, bolqar, alman, fransız, yapon, yunan və bir sıra dillərə tərcümə olunaraq ifa edilib. Milyonlarla insanın qardaşı olan Barış Mançonun "Dünden Bugüne”(1972) (Sayan), "Yeni Bir Gün” (1979) (Yavuz ve Burç Plakçılık), "20 Sanat Yılı Disco Manço” (1980) (Türküola), "Değmesin Yağlı Boya” (1986) (Emre Plakçılık) və s. albomları çıxıb.

O, vəfat etməzdən öncə ömrünün 40 ilinə həsr etdiyi "40-cı il” mahnısını bəstələyib, lakin sözlərini yaza bilməyib. Bu mahnının da yer aldığı "Mançoloji” albomu 1999-cu ildə yayımlanıb və 2.6 milyon satılaraq rekord qırıb.

 


Вернуться назад