Главная > Kriminal > Sabirabad sakininin ayağına atəş açıldı: vəziyyəti orta-ağırdır

Sabirabad sakininin ayağına atəş açıldı: vəziyyəti orta-ağırdır


1-01-2018, 16:58.

                  Sabirabad sakininin ayağına atəş açıldı:vəziyyəti orta-ağırdır

 

Dekabrın 31-də Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində şəhər sakini Vüqar Süleymanov, qardaşı İlqar ilə həmyerliləri Davud Fərəcov arasında baş vermiş münaqişə zamanı, V.Süleymanov tüfəngdən açdığı atəşlə D.Fərəcovun ayaq nahiyələrinə xəsarət yetirib.

Musavat.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə D.Fərəcov aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Süleymanov və İlqar saxlanılıb, Vüqardan müvafiq sənədləri olmayan 1 ədəd tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

 


Вернуться назад