Главная > Mövqe > ABŞ komandanı: "Tramp Obamanın səhvini təkrarlamayıb İran etirazlarına güclü dəstək verməlidir"

ABŞ komandanı: "Tramp Obamanın səhvini təkrarlamayıb İran etirazlarına güclü dəstək verməlidir"


1-01-2018, 08:15.

ABŞ komandanı: "Tramp Obamanın səhvini təkrarlamayıb İran etirazlarına güclü dəstək verməlidir"

 

ABŞ ordusunun qəaragah rəislərinin birləşmiş Komitəsinin keçmiş rəhbəri, nüfuzlu komandan Maykl Mallen prezident Donald Trampı İran etirazlarına daha güclü dəstək verməyə və "Obamanın 2009-cu ildə yol verdiyi səhvi” təkrarlamamağa çağırıb.

İstefada olan admiral Mallen deyib ki, 2009-cu ildə prezident Obama İran etirazçılarına daha güclü dəstək verməli idi, lakin bunu etmədi. İndi etirazların İran yenidən bürüdüyü bir vaxtda prezident Tramp daha güclü dəstək nümayiş etdirməlidir.

"Biz o vaxt mümkün olandan daha az dəstək verməyi qərara aldıq. Bu səhv idi”-admiral Mallen ABC telekanalına müsahibəsində 2009-cu ildə prezident seçkilərindən sonra İranda başlamış "yaşıl inqilaba” Obama administrasiyasının münasibətini xatırladaraq deyib.

"Mən ümid edirəm ki, biz indi İranın inkişafına dəstək verə bilərik. Onların olduqca gənc nəsli var. İranlılar gələcəyə baxırlar və gələcəyin olmadığını görürlər. Onlara dəyişikliklər və sağlam iqtisadiyyat vəd etmişdilər. Ancaq etirazlar göstərir ki, bu vədlər yerinə yetirilməyib”-admiral bildirib.

Maykl Mallen 2007-2011-ci illərdə birləşmiş qərargah rəisləri Komitəsinə rəhbərlik edib, həm Buş, həm Obama administrasiyasında işləyib.

 


Вернуться назад