Главная > Ümumi > Yeni ildən əvvəl terror həyəcanı
Yeni ildən əvvəl terror həyəcanı30-12-2017, 23:16. |
Fransızların ürəyi ağzında Fransanın daxili işlər nazirliyi yeni il gecəsində təxminən 140 min təhlükəsizlik xidməti işçisini terror ehtimalına qarşı səfərbər edib. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,nazirlik eyni zamanda yeni il gecəsində ölkə miqyasında görüləcək təhlükəsizlik tədbirlərinə qarşı yazılı açıqlama da verib. Açıqlamada qeyd olunub kiyeni il gecəsinə görə ölkə miqyasında 56 min polis, 36 bin jandarm, 7 min əsgər və 9 mindən artıq hüquq-mühafizə xidməti əməkdaşı təhlükəsizliyi təmin etmək məqsədilə təlimatlandırılıb. Terror hücumu riskinin artdığına diqqət çəkilən
açıqlamada qeyd olunub ki, Fransa xalqı qədər turistlərin də təhlükəsizliyinin
təmin olunması öncəliklər sırasındadır. Yeni qanuna görə, ədliyyə qurumlarının bir çox funksiyası valiliklərə dövr edilib. Sevinc,musavat.com
Вернуться назад |