Главная > Dünya > Nəzarət orduya keçdi, ölkə qarışdı

Nəzarət orduya keçdi, ölkə qarışdı


30-12-2017, 22:48.

                Nəzarət orduya keçdi, ölkə qarışdı 

 

Braziliyanın Rio Grande do Norte vilayətində polislərin kütləvi tətili səbəbindən təhlükəsizliyə nəzarət ordunun ixtiyarına keçib.

Axar.az xəbər verir ki, bu barədə Rio Grande do Norte valisi Robinson Faria qərar verib.

Qeyd edək ki, sözügedən vilayətdə 19 dekabrdan bəri maaşların sistemli şəkildə verilməsi və iş şərtlərinin daha da yaxşılaşdırılması səbəbi ilə polislər kütləvi tətilə başlayıb.

Həmin tarixdən bəri vilayətdə 500-dən çox cinayət faktının qeydə alındığı bildirilib.

 


Вернуться назад