Главная > Baş Xəbər > Tramp İranın işlərinə qarışdı, nümayişləri dəstəklədi

Tramp İranın işlərinə qarışdı, nümayişləri dəstəklədi


30-12-2017, 14:48.

                Tramp İranın işlərinə qarışdı, nümayişləri dəstəklədi

 

ABŞ prezidenti Donald Tramp İranın bir neçə şəhərlərində, o cümlədən Məşhəd və Kirmanşahda yoxsulluğa, korrupsiyaya və reperssiyalara etiraz olarq başlayan nümayişlərlə bağlı bəyanat verib. Virtualaz.org xəbər verir ki, Tramp belə bəyanatla ənənəvi olaraq özünün Tvitter bloqunda çıxış edib.

"Çoxları korrupsioner rejimdən və milli sərvətlərin xaricdə terrorçuluğun maliyyələşdirilməsinə sərf olunmasından boğaza yığılan İran vətəndaşları tərəfindən təşkil edilmiş dinc nümayişlər barədə xəbər verir. İran hökuməti öz xalqının hüquqlarına, o cümlədən öz iradəsini ifadə etməsinə imkan yaratmalıdır. Dünya baxır!”-Amerika prezidenti bunları yazıb və öz tvitini "İranProtests” heşteqi ilə müşaiyət edib.

Снимок.JPG (35 KB)

 

 

 

Xəbər verildiyi kimi İranda qəfil nümayişlər dekabrın 28-də ölkənin ikinci ən iri şəhəri olan Məşhəddə başlayıb və minlərlə adam küçələrə çıxaraq yoxsulluğa, korrupsiyaya, habelə İran hökumətinin Suriyada apardığı hərbi əməliyyatlara etiraz edib. Ötən gün dekabrın 29-da isə Kirmanşahda minlərlə adam küçələrə çıxıb, İranın digər bir neçə şəhərində də nisbətən azsaylı nümayişçilərin küçələrə çıxdığı xəbər verilir. İranın asayiş qüvvələri nümayişçilərə müdaxilə edib və onlarla adam həbs olunub. Bu, 2009-cu ildəki prezident seçkilərindən bu yana İranda başlamış ən irimiqyaslı etirazlardır. İranın vitse-prezidenti Eshaq Cahangiri bəyan edib ki, bu nümayişlərin arxasında mühafizəkarlar dayana bilər və o, həmin qüvvələrə "əllərinin yanacağı” barədə xəbərdarlıq edib.


 

Prezident Trampla yanaşı ABŞ Dövlət Departamenti də İranda "dinc nümayişçilərin həbsini” pislyən bəyanatla çıxış edib. "Biz İran vətəndaşlarının bütün ölkə boyu çoxsaylı dinc etirazları barəəd xəbərləri izləyirik. ABŞ dinc nümayişçilərin həbsini pisləyir. Biz bütün ölkələri iran xalqına və onun fundamental hüquqlarının, korrupsiyanın kökünün kəsilməsinə dair tələblərinə açıq dəstək verməyə çağırırıq”-Dövlət Departamentinin rəsmisi Hezer Hauertin yaydığı yazılı bəyanatda bildirilir.


 

Dövlət Departamenti əlavə edir ki, İran hakimiyyəti zəngin tarixə və mədəniyyətə malik ölkəni iqtisadi baxımdan yoxsul "üzdəniraq ölkəyə” çevirib, hansı ki, bu ölkə ancaq zorakılıq ixrac edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələrkən dəfələrlə Vaşinqtonun "demokratiya ixracına” son qoyacağını və başqa ölkələrin işlərinə qarışmayacağını bəyan edib. Lakin göründüyü kimi bu siyasət İrana münasibətdə işləmir. Tramp özü və administrasiyası İranda baş qaldıran qəfil etirazlara dərhal dəstək verib. Bu da Tramp administrasiyasının əsas xarici siyasət prioritetinin İran olduğunu bir daha təsdiqləyir.


 

Bu arada BBC xəbər verir ki, ötən gün Kirmanşahla yanaşı Rəşt şəhərində də minlərlə adam küçələrə çıxıb. Habelə Şiraz, İsfahan, Həmədanda da etirazlar olub. Paytaxt Tehranda isə 50-yə yaxın adam meydana yığışsa da asayiş qüvvələri aksiyanın genişlənməsinə imkan verməyib. Etirazlar hətta şiəliyin mərkəzi sayılan Qum şəhərində də keçirilib. Nümayişlərin əsas səbəbi kimi son bir neçə gündə əsas ərzaq məhsullarının qiymətlərinin kəskin bahalaşması göstərilir.

 


Вернуться назад