Главная > Baş Xəbər > Suriyada telekanal əməkdaşı terrorçular tərəfindən öldürülüb

Suriyada telekanal əməkdaşı terrorçular tərəfindən öldürülüb


29-12-2017, 21:38.

Suriyada telekanal əməkdaşı terrorçular tərəfindən öldürülüb

 

Suriyada bu ölkənin "Sama" dövlət telekanalının operatoru Kərəm Kubeyşu terrorçular tərəfindən öldürülüb, kanalın müxbiri Abdel Qxani Carux isə yaralanıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın "Sana" Milli agentliyi xəbər verir.

Telekanalın əməkdaşları Suriya ordusunun ölkənin İdlib əyalətinin cənubunda həyata keçirdiyi əməliyyatı yayımlayarkən terrorçu "Cəbhət ən-Nüsrə" qruplaşmasının atəşinə məruz qalıblar.

Yaralı müxbir Hamı şəhərinin dövlət xəstəxanasına çatdırılıb.

 


Вернуться назад