Главная > Dünya > Hindistan Parlamenti İslam dininə uyğun boşanma qaydasını ləğv edir

Hindistan Parlamenti İslam dininə uyğun boşanma qaydasını ləğv edir


29-12-2017, 20:55.

Hindistan Parlamenti İslam dininə uyğun boşanma qaydasını ləğv edir

 

Hindistan Parlamentinin Alt Palatası (Lok sabha) İslam qaydalarına görə "üçqat talaq"la boşanmanı qadağan edən qanun layihəsini qəbul edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Xatırladaq ki, "üçqat talaq" hələ avqust ayında yerli Ali Məhkəmənin qərarı ilə qanunsuz elan edilib.

Qeyd edək ki, İslam qaydalarına görə, kişi üç dəfə "talaq" (ərəbcə "boşanma" deməkdir - red.) sözünü söyləməklə, rəsmi prosedur olmadan həyat yoldaşı ilə nikahı ləğv etmək imkanı əldə edir.

Hindistanın Ali Məhkəməsi "ani boşanma"nın İslamın əsas prinsiplərinə və ölkə konstitusiyasının 14-cü maddəsində göstərilən vətəndaşların bərabər hüquqlarının təmin olunmasına zidd olduğuna dair hökm çıxarıb.

"Üçqat talağ"a görə cinayət məsuliyyətinin tətbiq edilməsini Lok sabha deputatlarının əksəriyyəti dəstəkləyib. İndi qanun layihəsi baxılması üçün Parlamentin yuxarı palatasına - Racya sabhaya ötürüləcək. Qanunun qəbul ediləcəyi halda, qanunu pozanlar üç ilədək həbs cəzasına məhkum ediləcəklər.

 


Вернуться назад