Главная > Baş Xəbər > İsrail hərbiçiləri ilə toqquşmalarda 300-dən çox fələstinli yaralanıb

İsrail hərbiçiləri ilə toqquşmalarda 300-dən çox fələstinli yaralanıb


29-12-2017, 22:51.

Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail güc strukturları ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində yaralananların sayı 303-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildiribş

"Bu gün iğtişaşlarda 170 fələstinli yaralanıb, onlardan 50-si güllə yarası alıb, 5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. 100-dən çox insan gözyaşardıcı qazdan zəhərlənib”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 133 fələstinliyə tibbi yardım göstərilib.

 


Вернуться назад