Главная > Mövqe > Kürd liderdən İraqa: Pis vəziyyətdəyik...

Kürd liderdən İraqa: Pis vəziyyətdəyik...


28-12-2017, 19:08.

İraq hökumətinin beynəlxalq uçuş qadağasının müddətini uzatması təzyiq vasitəsidir və xalqımızı çətin duruma salır.

Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Administrasiyasının baş naziri Necirvan Bərzani deyib.

"Hava limanlarının qapalı olması xalqların sosial vəziyyətinə birbaşa təsir göstərir. Xüsusilə xaricdə müalicə alan vətəndaşlar üçün bu hal dözülməzdir”, - Bərzani bildirib.

Qeyd edək ki, dünən İraq hökuməti kürd muxtariyyətinə tətbiq etdiyi beynəlxalq uçuş qadağasının müddətini daha 2 ay uzadıb.

 


Вернуться назад