Главная > Baş Xəbər > Çin sanksiyalardan yan keçərək KXDR-ə neft satdığı barədə ittihamları təkzib edib

Çin sanksiyalardan yan keçərək KXDR-ə neft satdığı barədə ittihamları təkzib edib


28-12-2017, 18:56.

Çin sanksiyalardan yan keçərək KXDR-ə neft satdığı barədə ittihamları təkzib edib

 

Çinin Müdafiə Nazirliyi BMT Təhlükəsizlik Şurasının sanksiyalarından yan keçərək KXDR-ə neft satdığı barədə ittihamları təkzib edib.

AZƏRTAC bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir. "Sizin qeyd etdiyiniz vəziyyət mövcud deyil”, - deyə xarici KİV-lərdə yayılan məlumata münasibət bildirən nazirliyin mətbuat-katibi Ren Qosyan vurğulayıb.

Dekabrın 27-də Cənubi Koreyanın "Çoson İlbo” qəzeti iddiaya görə Şimali Koreyaya məxsus tankerlərə neft dolduran Çin gəmilərinin əks olunduğu peyk çəkilişlərini dərc edib. Qəzet BMT-nin 2375 nömrəli qətnaməsinin bu cür əməliyyatları qadağan etdiyini xatırladıb.

Xatırladaq ki, dekabrın 22-də BMT Təhlükəsizlik Şurası KXDR-i daha ağır sanksiyalara məruz qoyacaq yeni qətnaməni yekdilliklə qəbul edib. Sənəd Şimali Koreyaya neft məhsulları göndərilməsinin yanvarın 1-dən 90 faiz azaldılmasını nəzərdə tutur.

 


Вернуться назад