Главная > Mövqe > Rusiya XİN Ərdoğanın Əsədi terrorçu adlandırmasına münasibət bildirib

Rusiya XİN Ərdoğanın Əsədi terrorçu adlandırmasına münasibət bildirib


28-12-2017, 18:39.

Rusiya XİN Ərdoğanın Əsədi terrorçu adlandırmasına münasibət bildirib

 

"Bəşər Əsəd Suriyanın qanuni prezidentidir. Suriyanı BMT-də məhz o təmsil edir. Ona görə də "Bəşər Əsəd terrorçudur" kimi bəyanatların hüquqi nöqteyi-nəzərdən heç bir əsası yoxdur".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədi terrorçu adlandırması ilə bağlı suala cavabında deyib. "Bu cür bəyanatların mənəvi tərəfini bir kənara qoyuram. Belə bəyanatlar hüquqi cəhətdən əsassızdır", - deyə M. Zaxarova qeyd edib.

Xatırladaq ki, R. T. Ərdoğan Tunisə səfəri zamanı bu ölkənin prezidenti ilə keçirdiyi mətbuat konfransında Bəşər Əsədin Suriyada dövlət terroru həyata keçirdiyini bildirib.

 


Вернуться назад