Главная > Problem > Xətai rayonunda gecə ilə ağaclar kəsildi- FOTOLAR

Xətai rayonunda gecə ilə ağaclar kəsildi- FOTOLAR


28-12-2017, 15:55.

                                Xətai rayonunda gecə ilə ağaclar kəsildi-FOTOLAR  

 

Xətai rayonunda ağacların kütləvi kəsilməsi prosesi davam edir. AFN xəbər verir ki, bu gecə də rayonda ağaclar kütləvi surətdə kəsilib. Bu barədə isə feyzbuk istifadəçiləri məlumat veriblər.

Belə ki, Əhmədli yaşayış massivi, M.Hadi küçəsi 23/ 24 saylı bina ("Əhmədli” metrostansiyasının çıxışında yerləşən Beynəlxalq Bankın ofisinin arxası) yaşayan sakinlər adından Teymur Mahmudov məlumat və fotolar paylaşıb. Aydın olur ki, qeyd edilən ünvanda keçmiş Xətai rayon Təhsil İdarəsinə gedən yolun üzərində bu gecə genişmiqyaslı ağac soyqırımı həyata keçirilib: "Təxminən 50-dən artıq iri gövdəli, çoxillik ağaclar məhv edilib. Bu ağaclar bizim həyətimizi və həyatımızı bəzəyirdilər!
Deyilənə görə, məhv edilmiş ağacların yerində hündürmərtəbəli yaşayış binası inşa edilməlidi. Əgər bu baş verərsə həmin ərazidə sosial fəlakətlərin baş verəcəyi qaçılmazdır. Ərazidə avtomobillərin saxlanması və hərəkəti baxımından onsuz da dəhşətli gərginlik hökm sürür. Üstəgəl, daha bir yaşıllıq zolağının sıradan çıxması oksigen çatışmamazlığına yol açacaq. Ən əsası isə körpələrin, uşaqların əylənməsi üçün heç bir ərazi qalmır”.
T.Mahmudov bildirib ki, ağac soyqırımı bu gecə saat 20:00-dan səhər saat 06:00-dək həyata keçirilib.
Qeyd edək ki, rayon icra hakimiyyətilə əlaqə saxlayıb məsələyə münasibət öyrənmək cəhdlərimiz boşa çıxdı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Hadisə yerindən çəkilən fotoları təqdim edirik:

Xətai rayonunda gecə ilə ağaclar kəsildi-Xətai rayonunda gecə ilə ağaclar kəsildi-Xətai rayonunda gecə ilə ağaclar kəsildi-Xətai rayonunda gecə ilə ağaclar kəsildi-Xətai rayonunda gecə ilə ağaclar kəsildi-Xətai rayonunda gecə ilə ağaclar kəsildi-Xətai rayonunda gecə ilə ağaclar kəsildi-Xətai rayonunda gecə ilə ağaclar kəsildi-
Вернуться назад