Главная > Türk Dünyası / Aktual > Bakıda "Etnik, milli fərqliliklər və birgəyaşayış" adlı konfrans keçirildi-FOTOLAR

Bakıda "Etnik, milli fərqliliklər və birgəyaşayış" adlı konfrans keçirildi-FOTOLAR


27-12-2017, 21:28.

Bakıda "Etnik, milli fərqliliklər və birgəyaşayış" adlı konfrans keçirildi-FOTOLAR


Dekabrın 26-da Bakının Astoriya Hotelində Borçalı Cəmiyyətinin təşəbbüsü ilə "Etnik, milli fərqliliklər və birgəyaşayış" adlı elmi-praktik konfrans keçirildi. " Birgəyaşayışın bir yolu var- Bir birini anlamaq, bir birinin dilinə, dininə, mədəniyyətinə, təhsilinə və ləyaqətinə hörmət!" devizi ilə keçirilən bu konfransda Türkiyə, Gürcüstan, Vətənimizin Güneyindən və Quzeyindən olan mütəxəssislər öz fikirlərini bölüşüblər.

Konfransı giriş sözü ilə açan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin qısa nitqindən sonra son günlər dünyasını dəyişmiş görkəmli filosof Camal Mustafayevin, eləcə də Türkiyə, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra məruzələr eşidilib. Azərbaycanın Gürcüstandakı ilk səfiri olmuş Hacan Hacısoy "Gürcüstan-Azərbaycan- Türkiyə münasibətlırinin bu günü və perspektivləri", Elazıq Universitetinin professoru Ahmet Buran "Dilin millətlər üçün önəm", tarix üzrə fəlsəfə doktoru Əsəd Əliyev "Xalqların maddi mədəniyyətinin birgəyaşayışda rolu", AMEA nın Cənubi Azərbaycan şöbəsinin müdiri, doktor Səməd Bayramzadə " Şərqşünaslıq institutunda Cənubi Azərbaycana dair tədqiqatlar", Güney Azərbaycandan tədqiqatçı alimlər Əli Xalxali "Sulduz ənənələri", Seyid Muhəmməd Çavuşian "Quranda plüralizm anlayışı", Muhəmməd Komicani " İranın mərkəzində Borçalı türk varlığı", Əşrəf Bozçalı "Borçalı eli və mühacirlik", İsfəndiyar Sepehriniya "Qarapapaqların novruz ənənəsi", isfəndiyar Hacilu " İranda qarapapaq türkləri bu gün" mövzusunda məruzələrini iştirakçılara təqdim etdilər. Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Borçalı Cəmiyyətinin Gürcüstan-Azərbaycan münasibətlırinin inkişafındakı yeri haqda məruzəsi də maraqla dinlənildi.

Məruzələr ətrafında Türkiyənin tanınmış media təmsilçiləri Yusuf Ziya Comert, Ömür Lekesiz, Gürcüstan Parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Təbrizli şair Əmni Rəuf və başqalarının çıxışları da konfransda diqqətlə izlənilib. Konfrans el ağsaqqalları Zahid Ələmpaşalı və Osman Əhmədoğlunun çıxışları ilə sona çatıb.


 
ULUYOL.AZ

Вернуться назад