Главная > Ümumi > Neftin qiyməti yüksəlir -VİDEO

Neftin qiyməti yüksəlir -VİDEO


27-12-2017, 20:28.

                               Neftin qiyməti yüksəlir -VİDEO

2015-ci ildən sonra dünya bazarında neftin qiyməti ilk dəfə 67 dolları keçib.

Xezerxeber.az-ın məlumatına görə, neftin qiyməti 2.64 faiz artaraq 67 dollar 2 sentə çatıb.

Bu tendensiya neft ölkələri üçün yaxşı gəlir vəd edir.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, OPEC-in neft istehsalı ilə bağlı qərarının qüvvədə olması hasilatı tənzimləməyə imkan verir. Bu isə öz növbəsində "qara qızıl"ın qiymətinin hazırki həddə olacağına bir işarədir.

Neftin qiymətinə təkcə iqtisadi deyil, həm də siyasi amillər də təsir göstərir. Dünyada siyasi vəziyyət gərgin olarsa qiymətin aşağı düşəcəyi istisna edilmir.

Vüqar Bayramov deyir ki, neftin qiymətinin getdikcə yüksəlməsi ölkəyə xarici valyutanın daxil olaması, eləcə də qeyri-neft sektorunun inkişafı baxımından önəmlidir. Bu, qeyri-neft sektorunda görülən işlərin sürətləndirilməsinə, yaxud yeni prespektivli sahələrə investisya qoymaq imkanı yaradır. Neftin qiymətinin artması makroiqtisadi stabilliyə və ümumi daxili məhsulun artmasında da mühüm amildi.

 


Вернуться назад