Главная > Baş Xəbər > Pxenyan dünyanı məhv edəcək – Raket başlıqlarında virus

Pxenyan dünyanı məhv edəcək – Raket başlıqlarında virus


27-12-2017, 15:31.

Pxenyan dünyanı məhv edəcək –Raket başlıqlarında virus

 

Şimali Koreyadan cənuba qaçan əsgərlərdən birinin qanında Sibir xorası antitellərinə rast gəlinib.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı informasiya yayıb.

Məlumata görə, Şimali Koreyadan qaçan əsgərin orqanizmində Sibir xorasına qarşı immunitet yaranıb. Əsgərin xəstəliyə qarşı peyvənd olması, yoxsa bakteriyaya məruz qalması barədə dəqiq informasiya verilməyib.

Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreya rəhbərliyinin ballistik raket başlıqlarına Sibir xorası virusu yerləşdirdiyi barədə informasiya yayılmışdı. Cənubi Koreya isə xəstəliyə qarşı peyvənd yaradılmadığı üçün belə bir zərbənin faciə ilə nəticələnəcəyini bildirmişdi.

 


Вернуться назад