Главная > Dünya > Özbəkistan prezidenti maliyyə sisteminin 562 əməkdaşını işdən azad edib
Özbəkistan prezidenti maliyyə sisteminin 562 əməkdaşını işdən azad edib27-12-2017, 14:45. |
Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəsinin maliyyə sisteminin 562 əməkdaşını işdən azad edib. "Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Özbəkistanın Maliyyə Nazirliyi yayıb. "Dekabrın 22-dən bu günədək dövlət maliyyə müəssisələrindən, o cümlədən Maliyyə Nazirliyi, xəzinədarlıq və Pensiya Fondundan 562 əməkdaşı işdən azad edilib”, - deyə nazirlik bildirib. Bir neçə gün əvvəl Şavkat Mirziyoyev maliyyə sistemini son 10-15 ildə səmərsiz fəaliyyətinə görə tənqid etmişdi.
Вернуться назад |