Главная > Dünya > İsraildən Qəzzaya hava hücumu...

İsraildən Qəzzaya hava hücumu...


26-01-2016, 21:11.
İsraildən Qəzzaya hava hücumu...
 
Qəzzada "Həmas"ın hərbi qoluna aid qruplaşmanın nəzarətində olan bir bölgə İsrail qırıcı təyyarələri tərəfindən bombalanıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin dövlət radiosu yayıb.

Məlumata görə, İsrail Hava Qüvvələrinə aid bir qırıcı təyyarə Qəzzadan İsrailə iki raket atıldıqdan sonra bəzi mövqelərə hücum təşkil edib.

Verilən məlumata əsasən, atılan raketlər nəticəsində ölən və ya yaralananlar olmayıb.

Fələstin tərəfindən hadisə ilə əlqədar hər hansı bir açıqlama verilməyib.
 
Aygün SƏFƏRLİ-musavat.com

Вернуться назад