Главная > Cəmiyyət > Oqtay Gülalıyevə 6 ildir “xarici pasport” verilmir

Oqtay Gülalıyevə 6 ildir “xarici pasport” verilmir


26-12-2017, 10:56.

                                 Oqtay Gülalıyevə 6 ildir "xarici pasport” verilmir

 

"6- cı ildir ki, bu hakimiyyət mənə ümumvətəndaşlıq pasportu verməkdən imtina edir, ölkədən çıxışımı qanunsuz olaraq əngəlləyir”.

Bunu hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün feysbuk səhifəsində yazıb.

"Əvvəl fikirlərini belə əsaslandırırdılar ki, 2012- ci ildən haqqımda cinayət işi açılıb. Amma bir ildən çoxdur həmin qondarma cinayət işinə xitam verilsə də eyni qadağalar qüvvədədir. 6- cı ildir ki, sənəddsiz olaraq ölkədə faktiki olaraq girov kimi yaşayıram. Bir neçə dəfə dövlət rüsumu ödədim. Pasport alaraq ölkədən çıxmaq istəsəm də buna imkan verməyiblər. Bildiriblər ki, Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayın. Bir dəfə 2016- cı ilin iyun ayında isə Xətai rayonunda yerləşən ərazi üzrə "Asan” xidmətə pasport almaq üçün müraciət etdikdə 37- ci polis bölməsinin əməkdaşları gəlib məni həbs edərək polisə gətirdilər. 2 saat saxlayıb xəbərdarlıq edərək sərbəst buraxdılar (!?). Fərqindəsinizmi, pasport almaq istəyən şəxsi həbs edib xəbərdarlıq edirlər…

Şəxsimə olan qanunsuzluqla bağlı bu günlər yenidən Daxili İşlər Nazirliyinə müraciət etdim. Ümidvaram ki, bu müraciət pasport almağımla bağlı mənim adı çəkilən quruma sonuncu müraciətimdir. Mübarizənin qalan hissəsini ədalətinə inanmasam da hüquqi müstəvidə- məhkəmələrdə aparacam. Yəqin ki, Avropa İnsan Haqları Məhkəməsinə qədər…” – Oqtay Gülalıyev bildirib.///bastainfo.com

 


Вернуться назад