Главная > İdman > Pele Kataloniyanı seçdi: "Yalnız “Barselona” ilə müqavilə bağlaya bilərdim"

Pele Kataloniyanı seçdi: "Yalnız “Barselona” ilə müqavilə bağlaya bilərdim"


25-12-2017, 20:25.

Pele Kataloniyanı seçdi: "Yalnız "Barselona” ilə müqavilə bağlaya bilərdim"

 

Dünya futbolunun canlı əfsanəsi Pele hazırda futbol oynasa, hansı klubun düşərgəsində ola biləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə RT informasiya yayıb.

"Demək çətindir. Təxmini desəm, yalnız "Barselona” ilə müqavilə bağlaya bilərdim. Çünki onlar da "Santos”un taktikası ilə oynayırlar. Düşünürəm ki, Kataloniyada oynamaq mənim üçün rahat olardı”, - Pele deyib.

Futbol əfsanəsi həmçinin "Barsa”nın hücum xəttindəki Lionel Messi və Luis Suarezlə bir-birlərini çox yaxşı başa düşəcəklərini, komandaya kənardan yalnız "Liverpul”un braziliyalı oyunçusu Filip Koutinyonu gətirmək istədiyini bildirib.

 


Вернуться назад