Главная > Ölkə / Dünya > Krım referendumunun icraçılarından biri istefa verdi

Krım referendumunun icraçılarından biri istefa verdi


26-01-2016, 15:41.

Sevastopol şəhər qanunverici orqanının sədri, Krımın Rusiyaya birləşdirilməsini təmin etmiş referendumun əsas icraçılarından olan Aleksey Çalıy istefa verdiyini bildirib.

"RİA Novosti” agentliyi bildirir ki, şəhər parlamentinin bugünkü sessiyasında Çalıyın istefa ərizəsini qanunverici orqanın aparat rəhbəri Sergey Qradirovski oxuyub.

Sevastopol parlamentinin mətbuat katibi Aleksey Filimonovun sözlərinə əsasən, reqlamentə uyğun olaraq, istefa ərizəsi yaxın günlərdə sessiyaların birində müzakirəyə çıxarılacaq


Вернуться назад