Главная > Baş Xəbər > AŞPA-nın qış sessiyasının gündəliyi açıqlandı
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlandı20-12-2017, 16:47. |
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyi açıqlanıb. "Report” xəbər verir ki, qış sessiyası 2018-ci il yanvarın 22-26-da Strasburqda açılacaq. Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək. Yığıncaqda Danimarkanın varis şahzadəsi, Avstriyanın prezidenti Aleksandr van der Bellen çıxış edəcək. Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sarqsyan məruzə edəcək. Yanvarın 26-da da Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı müzakirə olunacaq. Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var.
Вернуться назад |