Главная > Mədəniyyət > Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu

Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu


18-12-2017, 20:44.

                Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu

Kulis.az-ın redaktoru, yazıçı Mirmehdi Ağaoğlunun "85-ci gün” hekayəsi İslam Əməkdaşlığı Təşkilatının keçirdiyi Birinci Qısa hekayə müsabiqəsində qalib olaraq, üç nəfərdən ibarət finalçılar arasına düşüb.

Teleqraf.com -un məlumatına görə, qaliblərin mükafatlandırılması dekabrın 19-da İranın Şiraz şəhərində baş tutacaq.

Müsabiqənin məqsədi İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olan ölkələrdəki gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, İƏT ölkələrinin bir-biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.

Finalçıların hansının neçənci yer tutduğu mükafatlandırılma mərasimində açıqlanacaq.

 


Вернуться назад