Главная > Ölkə > Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək


18-12-2017, 16:57.

                Silahlı Qüvvələrdə "Açıq qapı” günü keçiriləcək

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 30-da saat 11.00-dabütün hərbi hissələrdə "Açıq qapı” günü keçiriləcək.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.

Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.

Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək "Açıq qapı” günündə görüşlər təşkil olunacaq, qonaqları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

 


Вернуться назад